"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya futbolunda ciddi dəyişikliklərin vacib olduğunu bildirib.
Prosport.Az xəbər verir ki, o, bu barədə "MagentaTV" kanalına açıqlamasında danışıb.
"Alman futbolu yol ayrıcındadır. İndi biz əsaslı dəyişikliklər etməliyik. Bu islahatları sonda mən həyata keçirəcəyəm, yoxsa başqası - bunun fərqi yoxdur. Əsas odur ki, dəyişikliklər zəruridir", - deyə Klopp vurğulayıb.
Qeyd edək ki, Almaniya millisi DÇ-2026-da mübarizəni 1/16 final mərhələsində dayandırıb. Yulian Naqelsmanın rəhbərlik etdiyi komanda Paraqvayla 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında 3:4 hesabı ilə uduzub.

