"İmişli" daha bir futbolçusu ilə vidalaşdığını açıqlayıb.
Prosport.Az xəbər verir ki, klub 32 yaşlı braziliyalı cinah müdafiəçisi Rafael Vieqasla yollar rəsmi formada ayrılıb.
Qeyd edək ki, bu futbolçunun ayrılacağını ilk olaraq saytımız açıqlayıb. Jorjı Kaşkilya "Sumqayıt"a təyin olunsa, Rafael Vieqası da orada görə bilərik.
13:34
"İmişli" qapıçısı Hüseynəli Quliyevlə yolları ayırdığını açıqlayıb.
Prosport.Az xəbər verir ki, qolkiper karyerasını "Zirə"də davam etdirəcək.
O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu daha əvvəl "Sumqayıt" və "Səbail"də də çıxış edib.
Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 34 xalla 9-cu pillədə başa vurub.

