"Qarabağ"ın futbolçusu Kamilo Duranı transfer etmək istəyən "Seltik"in ilk cəhdi uğursuz alınıb.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Şotlandiya klubunun 1,7 milyonluq ilk təklifini qəbul etməyib.
Buna baxmayaraq, "Seltik" kolumbiyalı vingeri heyətinə qatmaqda israrlıdır. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Kamilo Duran ötən ilin yayından "Qarabağ"ın formasını geyinir.

