Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Çexiya klubu "Turan Tovuz"un aqibətini yaşadı, "Qarabağ" "səpələndi"
    4.07.2026 11:18:26

    Azərbaycanın vitse-çempionu “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinə gedən yolu gözlənildiyindən bir qədər asan olacaq.

    Prosport.Az haqqın.az-a istinadən xəbər verir ki, buna səbəb UEFA-nın Çexiyanın “Karvina” klubunu avrokuboklardan kənarlaşdırmasıdır. Çexiya Kubokunun sahibi bizim “Turan Tovuz” kimi danışılmış oyunlara görə cəzalandırılıb.

    Beləliklə, “Karvina” Avropa Liqasında çıxış etmək hüququndan məhrum edilib. Bu klub Çexiyanın yüksək reytinqi sayəsində Avropa Liqasının pley-off mərhələsindən yarışa başlamalı idi. İndi isə “Karvina”nın yerini həmin mərhələdə Plzen “Viktoriya”sı tutacaq. Halbuki bu komanda yarışa Avropa Liqasının 2-ci təsnifat mərhələsindən başlamalı idi. “Viktoriya”nın əvəzinə isə 2-ci təsnifat mərhələsində “Hradets Kralove” çıxış edəcək.

    UEFA reytinqi 42,750 xal olan “Qarabağ “1-ci təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər sırasında idi və rəqib qismində İslandiya təmsilçisi “Vestri” ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü isə iyulun 16-da Reykyavikdə keçiriləcək. Artıq 2-ci təsnifat mərhələsinin də püşkü atılıb. Burada da “Qarabağ” səpələnmişlər sırasında olub və ona Bolqarıstanın SSKA (Sofiya) – İrlandiyanın “Derri Siti” cütünün qalibi rəqib olub.

    3-cü təsnifat mərhələsinin püşkü 20 iyulda, 2-ci mərhələnin startından əvvəl keçiriləcək. Əvvəlcədən planlaşdırılırdı ki, “Qarabağ” bu mərhələdə səpələnməmiş komandalar sırasında olacaq. Bu halda onun rəqibləri Portuqaliyanın “Benfika”, Şotlandiyanın “Reyncers”, Macarıstanın “Ferensvaroş”, Danimarkanın “Midtyulland”, Yunanıstanın PAOK, Avstriyanın “Zaltsburq” və yenə də Çexiyanın “Viktoriya” klublarından biri ola bilərdi. Lakin Plzen təmsilçisi 50,500 xallıq reytinqi ilə artıq pley-off mərhələsindən yarışa başlayacağı üçün səpələnmişlər sırasındakı yerini məhz “Qarabağ”a verəcək. Ağdam klubu səpələnməmişlər arasında ən yüksək reytinqə malik komanda olacaq.

    Beləliklə, “Qarabağ”ın 3-cü təsnifat mərhələsində potensial rəqiblərinin siyahısı xeyli asanlaşıb. Hazırda bunlar aşağıda adları qeyd edilənlərdir:

    “Yagelloniya” (Polşa);

    “Hammarbü” (İsveç) – “Anderlext” (Belçika) cütünün qalibi;

    “Tromse” (Norveç) – “Hradets Kralove” (Çexiya) cütünün qalibi;

    “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova) və “Alüminiy” (Sloveniya) üçlüyündən bir komanda;

    “Pafos” (Kipr), “Hayduk” (Xorvatiya) və “Jilina” (Slovakiya) üçlüyündən bir komanda;

    Çempionlar Liqasında “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu;

    Çempionlar Liqasında “Fənərbaxça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu.

    Pley-off mərhələsinə vəsiqə qazanacağı halda isə “Qarabağ” əvvəlcədən nəzərdə tutulduğu kimi yenə də səpələnmişlər sırasında olacaq. Bu mərhələdə potensial rəqiblər barədə danışmaq hələ tezdir. Mənzərə 2-ci təsnifat mərhələsindən sonra daha da aydınlaşacaq.

    Futbol

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57
    Futbol

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30
    Futbol

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15
    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Akademiya

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved