Mövsümün sonunda "Qarabağ”dan ayrılan qapıçı Amin Ramazanovun “Sabah”a keçidi rəsmiləşib.
Prosport.Az xəbər verir ki, Masazır təmsilçisi transferi açıqlamasa da, artıq 23 yaşlı qolkiperin adını Çempionlar Liqası üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə əlavə edib.
Qeyd edək ki, Amin Ramazanov ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə cəmi 1 oyunda meydana çıxıb.

