Yeni mövsüm üçün heyətlə bağlı çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçu keçidini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Portuqaliyanın “Pasuş Fereyra” klubunda çıxış etmiş Ceyms Almeyda ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı qapıçı “1” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Ceyms Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında çıxış edib.

