“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə (İslandiya) qarşı keçiriləcək oyunun biletlərinin satışı ilə bağlı azarkeşlərə müraciət edib.
Prosport.Az xəbər verir ki, müraciətdə bilet satışının müvəqqəti dayandırıldığı, buna texniki problemin səbəb olduğu bildirilib.
Bildirilib ki, iticket.az saytında yaranan ləngimənin əsas səbəbi DigitalOcean Managed Database xidmətində baş vermiş texniki nasazlıqdır.
Bilet satışı iyulun 4-ü saat 15:00-da yenidən başlayacaq.

