Sloveniya toplanışında "ÇFR Kluj"la yoxlama matçında zədə alan "Neftçi"nin futbolçusu Alessio Kurçinin durumuna aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, lüksemburqlu hücumçunun çiyni çıxıb. Bu, matçdan sonra keçirilən müayinədən sonra məlum olub.
Yaxın günlərdə Kurçi yenidən məşqə qoşulacaq.
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

