Transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Prosport.Az xəbər verir ki, Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi Ağdam təmsilçisinə transfer olunub.
Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"ın formasını geyinəcək.
MTK-nın yetirməsi olan Varkonyi karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 yığmasında da forma geyinib.
Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində "Qarabağ"ın 6-cı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.

