"Fənərbağça" müqaviləsi başa çatan Mert Hakan Yandaşla bağlı qərarını verib.
Prosport.Az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirəcək. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
Bildirilib ki, baş məşqçi İsmail Kartal təcrübəli futbolçunun komandada qalmasını istəyib. Tərəflərin yaxın günlərdə 1 illik yeni müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Mert Hakan Yandaş 2020-ci ilin yayından "Fənərbağça"nın formasını geyinir. Türkiyə millisinin sabiq üzvü 2025/26 mövsümündə Super Liqa təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

