Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama matçını keçirib.
Prosport.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi "Polesye" ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan çempionunun 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rəqibin heyətində bu yay "Qarabağ"dan transfer edilən Leandro Andrade debüt matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində daha əvvəl "Universitatya" (Rumıniya) və "Ferensvaroş"la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.

