"Sumqayıt" 2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirir.
Prosport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ukraynanın "Polissya" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və Emil Mustafayevin transferi rəsmiləşdirilib.
24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, növbəti iki mövsüm "Sumqayıt"ın uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Emil Mustafayev ötən mövsüm "Sumqayıt"ın heyətində 14 oyunda meydana çıxıb. O, bu matçlarda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

