"Qarabağ" yay transfer çalışmalarını davam etdirir.
Prosport.Az offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Ferentsvaroş"un futbolçusu Cebrail Makretskisin transferini reallaşdırmağa yaxındır.
Məlumata görə, tərəflər arasında danışıqlar son mərhələyə çatıb.
Makretskis son üç mövsümdə Macarıstanın "Ferentsvaroş" klubunun formasını geyinib. Müdafiənin sağ cinahında çıxış edən futbolçu ilə Türkiyənin "Samsunspor" klubu da yaxından maraqlansa da, onun seçimini "Qarabağ"dan yana etdiyi bildirilir.

