"Kəpəz" futbolçu Fərid Nəbiyevlə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.
Xatırladaq ki, Fərid Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matça çıxıb və 4 qolla yadda qalıb.

