Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama matçını keçirəcək.
Prosport.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi "Polessye" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Məlumat üçün bildirək ki, Leandro Andrade bu yaxınlarda 3 milyon avro qarşılığında "Qarabağ"dan "Polesye"yə keçib.
Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində daha əvvəl "Universitatya" (Rumıniya) və "Ferensvaroş"la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.

