Portuqaliyanın "Kaza Pia" klubu "Qarabağ"ın diqqət mərkəzində olan mərkəz müdafiəçisi Juau Quların transferi üçün qiyməti qaldırıb.
Prosport.Az xəbər verir ki, Portuqaliya təmsilçisi onun üçün yalnız 2 milyon avro verəcək klubla danışıqlar aparacaq.
Onu "Qarabağ"dan başqa, Bolqarıstanın ÇSKA və İsrailin klubları istəyir. Quların "Kaza Pia" ilə müqaviləsinin bitməsinə 1 il var. Klub özü də 26 yaşlı futbolçunu saxlamaqda maraqlıdır. Bu səbəbdən ona belə yüksək qiymət qoyulub.
Xatırladaq ki, müdafiəçi "Sportinq"də yetişib və 2024-cü ilin yayından "Kaza Pia"da oynayır. Juau Qular ötən mövsüm "Kaza Pia"da 30 oyun keçirib.
Qeyd edək ki, apreldə Portuqaliya mətbuatı futbolçuya 1,5 milyon avro qiymət qoyulduğunu yazmışdı.

