“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi "Karagümrük"lə qarşılaşıb. Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmilçisinin heyətində yeganə qolu Georgi Papunaşvili vurub.
Qeyd edək ki, “Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahar”ına 1:3, 2-ci matçında Türkiyə təmsilçisi "İğdır"a 3:4 hesabı ilə məğlub olub.

