UEFA Konfrans Liqasında “Zirə”nin rəqibi olan “Torpedo” Gürcüstan Superkuboku uğrunda həlledici görüşə çıxıb.
Prosport.Az xəbər verir ki, Kutaisi təmsilçisi “İberiya" ilə üz-üzə gəlib.
"Torpedo" ilk hissədə 2:0 hesabda önə keçməsinə baxmayaraq, rəqib matçın gedişində tarazlığı bərpa edib. Yekunda qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (6:5) “Zirə”nin rəqibi Gürcüstan Superkubokunun qalibi olub.
Kutaisi klubu tarixində 4-cü dəfə Superkuboka sahib çıxıb. “Torpedo” buna qədər 2018, 2019 və 2024-cü illərdə də sözügedən titulu qazanıb.
Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.

