Futbol üzrə dünya çempionatında İngiltərə Konqo Demokratik Respublikası millisinə qalib gəlib.
Prosport.Az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə sevinib.
Görüşdə hesabı Konqo DR açıb. 7-ci dəqiqədə Brian Sipenqa dəqiq zərbə müəllifi olub. Lakin 2-ci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqədələrdə Hari Keynin vurduğu qollar sayəsində qalib gəlib.
Bu qələbə sayəsində İngiltərə seçməsi 1/8 finalda Meksikaya rəqib olub.

