Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əvvəl hamı tənqid edirdi, artıq tam fərqli mənzərə yaranıb" - Yuri Vernidub
    1.07.2026 18:13:22

    "Mundialın əvvəlində də Fransa və Argentinanı çempionluğa əsas namizədlər hesab edirdim. Hazırda da bu fikirdəyəm. Hər iki komanda yüksəksəviyyəli futbol nümayiş etdirir".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin ukraynalı baş məşqçisi Yuri Vernidub dünya çempionatı ilə bağlı ölkəsinin mətbuatına müsahibəsində deyib.

    Mütəxəssis turnirin əvvəlində mundialla bağlı səsləndirilən tənqidlərin özünü doğrultmadığını vurğulayıb: “Çempionat başlamazdan əvvəl çoxları turnirin maraqsız keçəcəyini deyirdi. Amma artıq tam fərqli mənzərə yaranıb. Almaniya və Niderland kimi futbol nəhənglərinin mübarizəni erkən dayandıracağını heç kim gözləmirdi. Məni ən çox məyus edən komanda Almaniya oldu. Onların daxili çempionatı dünyanın ən güclülərindən biridir. Buna baxmayaraq, yığma ardıcıl üçüncü dəfə dünya çempionatında 1/4 finala yüksələ bilmədi. Niderland millisinin mundialla erkən vidalaşması da gözlənilməz oldu. Məhz bu cür nəticələr futbolu daha maraqlı edir”.

    O, mundialın ən yaxşı futbolçusu adına əsas namizədlər kimi argentinalı Lionel Messi və fransalı Usman Dembeleni göstərib: “Messi əla formadadır. Üç görüşdə altı qol vurmaq 39 yaşlı futbolçu üçün möhtəşəm göstəricidir. Onun karyerası ərzində qazandığı uğurlar təsadüfi deyil. Fransa millisinin üzvü Osman Dembele də çox yaxşı təsir bağışlayır. Norveçlə matçda het-trik etdi. Məncə, turnirin ən yaxşı futbolçusu məhz bu iki oyunçudan biri olacaq”.

    Yuri Vernidub turnirin sürpriz komandaları sırasında Mərakeş, Norveç və Yaponiya millilərini xüsusi qeyd edib: “Mərakeş əvvəlki dünya çempionatında yarımfinala yüksəlmişdi, bu dəfə də uğurlu çıxışı ilə diqqət çəkir. Norveç də yaxşı təsir bağışlayır. Yaponiya millisinin oyunu isə xüsusilə xoşuma gəldi. Komanda intizamlı futbol oynayır, 3-4-3 sxemini uğurla tətbiq edirdi. Təəssüf ki, Braziliyaya son dəqiqələrdə uduzaraq mübarizəni dayandırdı”.

    Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

    Futbol

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57
    Futbol

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30
    Futbol

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15
    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Akademiya

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved