Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Macarıstanın "Ferenstvaroş" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0.
Azərbaycan təmsilçisi günün ilk yoxlama matçında Ukraynanın "Xarkov" kollektivinə 2:6 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələmişdi - 4:3.
16:52
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın heyətində qolları 48-ci dəqiqədə yeni transfer Jali Muaddib və 68-ci dəqiqədə penaltidən Kadi vurublar.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv günün 2-ci matçında Macarıstanın "Ferensvaroş" komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda yerli “Tirol” komandasına 4:0 hesabı ilə qalib gəlib.

