Futbol üzrə dünya çempionatının Meksika – Ekvador oyununun başlama vaxtı dəyişdirilib.
Prosport.Az xəbər verir ki, Mexiko stadionunda keçirilməsi planlaşdırılan 1/16 final mərhələsinin matçı əlverişsiz hava şəraiti səbəbindən əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxı ilə saat 05:00-da başlamayacaq.
Matç şiddətli yağış və ildırım təhlükəsi ilə təxirə salınıb. Qarşılaşmanın 1 saat sonra (Bakı vaxtı ilə 06:00) baş tutması planlaşdırılıb. Əvəzində bildirilib ki, sözügedən matçda su fasiləsi olmayacaq.
Qeyd edək ki, daha əvvəl qrup mərhələsinin II turu çərçivəsində Fransa – İraq oyunu (3:0) fasilədən sonra 131 dəqiqə gec başlamalı olmuşdu.

