Futbol üzrə dünya çempionatında Fransa millisi İsveçi böyük hesabla məğlub edib.
Prosport.Az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransalılar 3:0 hesablı qələbəyə sevinib.
Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Embappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bredli Barkola vurub.
Qeyd edək ki, bu qələbədən sonra 1/8 finala yüksələn Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq. Bu matç yerli vaxtla iyulun 4-də baş tutacaq.

