ƏXorvatiya, Mərakeş və Paraqvay dünya çempionatları tarixində penaltilər seriyalarında 100 faizlik nəticə göstərən yeganə milli komandalar olub.
Prosport.Az "Opta"ya istinadən xəbər verir ki, bu üç yığma mundiallarda iştirak etdiyi birdən çox penaltilər seriyasının hamısında qalib gəlib.
Siyahıya Xorvatiya başçılıq edir. Balkan təmsilçisi dünya çempionatlarında keçirdiyi 4 penalti seriyasının hamısını qələbə ilə başa vurub:
DÇ-2018, 1/8 final: Danimarka – 3:2
DÇ-2018, 1/4 final: Rusiya – 4:3
DÇ-2022, 1/8 final: Yaponiya – 3:1
DÇ-2022, 1/4 final: Braziliya – 4:2
Mərakeş millisi isə iştirak etdiyi hər iki penaltilər seriyasında uğur qazanıb:
DÇ-2022, 1/8 final: İspaniya – 3:0
DÇ-2026, 1/16 final: Niderland – 3:2
Paraqvay da mundial tarixində keçirdiyi hər iki penaltilər seriyasını qələbə ilə başa vurub:
DÇ-2010, 1/8 final: Yaponiya – 5:3
DÇ-2026, 1/16 final: Almaniya – 4:3

