"Zirə" Türkiyənin Bolu şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli "Iğdır"la qarşılaşıb. Görüş rəqibin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə"nin heyətində Yeqor Boqomolski iki dəfə fərqlənib. Komandanın digər qolunu isə Elçin Əlicanov vurub.
Qeyd edək ki, paytaxt təmsilçisi Boludakı ilk yoxlama matçında Özbəkistanın "Navbahor" klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.

