“Qəbələ” yay fasiləsində 2-ci transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqo ilə 1+1 illik müqavilə bağlayıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub.
Futbolçu buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa) və “Rizəspor” (Türkiyə) klublarının şərəfini qoruyub.
Qeyd edək ki, "Qəbələ" ötən gün kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabenanı heyətinə qatıb.

