2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" heyətinə daha bir futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, son olaraq "Mingəçevir"də çıxış etmiş Kənan Quliyevlə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi əvvəlki illərdə də "Səbail"in şərəfini qoruyub.
Qeyd edək ki, daha əvvəl "Səbail" ötən mövsüm "Mingəçevir"də çıxış etmiş Bahadur Həziyevi transfer etmişdi.

