Millimizin hücumçusu Vüsal İsgəndərli karyerasını Kosovoda davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 29 yaşlı futbolçu “Malişeva” klubu ilə müqavilə imzalayıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, Vüsal İsgəndərli son olaraq Albaniyanın “Partizani” klubunda çıxış edirdi.

