Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Prosport.Az xəbər verir ki, O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 8-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) oyununun hakim-inspektoru olacaq.
Xatırladaq ki, qarşılaşma Almatı şəhərində yerləşən "Ortalik" stadionunda baş tutacaq.

