Braziliya millisinin hücumçusu Neymar Venesuelada baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək göstərib.
Prosport.Az Venesuelanın "El Sumario" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu zərərçəkənlər üçün 250 min dollar ianə edib.
Bildirilib ki, ayrılan vəsait humanitar yardımın göstərilməsi, qida, içməli su və tibbi ləvazimatların alınması, eləcə də evsiz qalan ailələr üçün müvəqqəti sığınacaqların yaradılmasına sərf olunacaq.

