Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" növbəti yoxlama görüşünü keçirəcək.
Prosport.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyənin "Iğdır" klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 30-da Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" hazırlıq prosesi çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Bakıda "Qarabağ"a 3:4, Türkiyədə isə Özbəkistanın "Navbahor" klubuna 1:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, paytaxt təmsilçisi 2026/2027-ci il mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

