Cənubi Koreya millisinin sabiq baş məşqçisi Hon Myon Bo DÇ-2026-dakı uğursuz çıxışdan sonra ölüm təhdidləri alıb.
Prosport.Az İngiltərənin "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu səbəbdən milli komandanın vətənə qayıdışı zamanı hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib və əlavə polis qüvvələri cəlb olunub.
Məlumata əsasən, Cənubi Koreya millisinin qrup mərhələsində turnirlə vidalaşmasından sonra Hon Myon Boya sosial şəbəkələr və digər platformalar vasitəsilə çoxsaylı ölüm təhdidləri göndərilib.
Qeyd edək ki, Cənubi Koreya DÇ-2026-nın qrup mərhələsində Meksika və Cənubi Afrika Respublikasına məğlub olub, Çexiya üzərində 2:1 hesablı qələbə qazansa da, topladığı 3 xalla pley-off mərhələsinə yüksələ bilməyib.

