Portuqaliyanın AVS klubunun futbolçusu Neyva Gilyerme karyerasını Azərbaycanda davam etdirə bilər.
Prosport.Az diario.pt saytına istinadən xəbər verir ki, adı açıqlanmayan Premyer Liqa təmsilçisi 25 yaşlı hücumçunun transferi üçün AVS-yə təklif göndərib.
Amma Neyva Gilyerme yalnız Azərbaycandan deyil, İspaniya, Kipr, Braziliya və Bolqarıstan klublarından da təkliflər alıb. Bu səbəbdən futbolçunun gələcəyi ilə bağlı qərarı yaxın günlərdə verməsi gözlənilir.
AVS ötən mövsüm Portuqaliya Premyer Liqasını tərk etdiyindən braziliyalı futbolçu klubunu dəyişməyə müsbət yanaşır. Bununla belə, onu transfer etmək istəyən komanda ən azı 500 min avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, həm mərkəz hücumçusu, həm də vinger mövqeyində çıxış edə bilən Neyva Gilyerme ötən mövsüm Portuqaliya çempionatında 24 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

