Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Qarabağ” üçün yeni turnir, yeni hədəf, yeni transferlər
    29.06.2026 13:26:06

    Yeni avrokubok mövsümünün startına artıq sayılı günlər qalıb. Azərbaycanı Avropada təmsil edəcək klublar hazırlıqlarını davam etdirirlər. Onlardan biri də "Qarabağ"dır. Lakin Ağdam təmsilçisi bu dəfə öyrəşdiyi kimi UEFA Çempionlar Liqasında deyil, UEFA Avropa Liqasında mübarizəyə başlayacaq. Qurban Qurbanovun komandası turnirə I təsnifat mərhələsindən qoşulacaq.

    Ötən mövsüm ölkə çempionluğunu əldən verən "Qarabağ" yeni mövsümə ciddi heyət dəyişiklikləri ilə hazırlaşır. Klub indiyədək 5 transfer reallaşdırıb, 8 futbolçu ilə isə yollarını ayırıb. Məqsəd təkcə heyəti yeniləmək deyil, həm də ötən mövsümün uğursuzluğunu Avropa Liqasında uğurlu çıxışla unutdurmaqdır.

    "Qarabağ"ın ilk rəqibi İslandiyanın "Vestri" klubudur. Kağız üzərində bu rəqib Ağdam təmsilçisi üçün keçilməsi mümkün olan komanda təsiri bağışlayır. Transfermarkt məlumatına görə, "Vestri"nin ümumi bazar dəyəri cəmi 1,39 milyon avrodur. Üstəlik, klub tarixində ilk dəfə ölkə kubokunu qazanaraq avrokuboklara vəsiqə əldə edib. Bu səbəbdən "Qarabağ" cütün aşkar favoriti hesab olunur.

    Ağdam klubu bu mərhələni adlayacağı təqdirdə, növbəti raundda MOİK (Sofiya) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ"ın son illərdə Avropada qazandığı təcrübə və göstərdiyi nəticələr fonunda bu rəqiblər də keçilməz görünmür.

    Son illər Azərbaycan futbolunun Avropadakı əsas təmsilçisinə çevrilən "Qarabağ" hər mövsüm azarkeşlərdə böyük gözləntilər yaradır. Xüsusilə də komandanın 2023/24 mövsümündə Avropa Liqasında 1/8 finala qədər irəliləməsi bu dəfə də uğurlu çıxışa inamı artırır.

    Yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklər edilib. Ayrılan futbolçuların boşluğunu doldurmaq üçün yeni transferlər reallaşdırılıb. Komandadan ayrılması gözlənilən Abdullah Zubirin gedişindən sonra onu Jali Muaddibin əvəz etməsi gözlənilir. Maraqlıdır ki, yeni futbolçu bir neçə gün əvvəl verdiyi müsahibədə Zubirin yerini doldurmaq istədiyini bildirmişdi.

    Bundan başqa, qapıçı Fabiyan Buntiçi xorvatiyalı Martin Zlomisliç, müdafiəçi Toral Bayramovu Bruno Lanqa, yarımmüdafiəçi Leandro Andradeni isə Samuel Lobatu əvəz etməyə çalışacaq.

    "Qarabağ"ın uzun müddətdir yaşadığı mərkəz hücumçu problemi də, görünür, öz həllini tapıb. Komandanın yeni transferi, Qambiya əsilli isveçli hücumçu Zakaria Savo "Tirol"la keçirilən yoxlama oyununda het-trik edib.Savonun əsas mərkəz hücumçusu kimi çıxış etməsi Kamilo Duranın isə daha çox cinahda oynamaq imkanını artıracaq. 

    Artıq oyunlara təxminən bir həftə vaxt qalıb. "Qarabağ" hazırlıqlarını son mərhələyə çatdırır və yeni avrokubok mövsümünə iddialı başlamağa hazırlaşır.

    Bahar Rüstəm

    Futbol

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57
    Futbol

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30
    Futbol

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15
    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Futbol

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved