“Neftçi” yay təlim-məşq toplanışı üçün Sloveniyaya yola düşüb.
Prosport.Az xəbər verir ki, baş məşqçi Yuri Vernidub hazırlıq prosesinə 27 futbolçu cəlb edib.
Qapıçılar: Emil Balayev, Rza Cəfərov, Nurəziz Əzizov, Mehdi Həsənov, Kenan Piriç
Müdafiəçilər: Rüfət Abbasov, Elvin Bədəlov, Murad Xaçayev, Endryu Qraviyon, Məhəmməd Məmmədli, İqor Ribeyro, Falaye Sako, Mustafa Sek, Aslan Şirinov
Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi D’Almeyda, Qustavo Klisman, Emin Mahmudov, İfeani Metyu, Emil Səfərov, Andrey Ştoqrin
Hücumçular: Breno Almeyda, İmad Faraj, Alessio Kurçi, Ağadaş Salyanski, Bassala Sambu, Lyubomir Tupta
Qeyd edək ki, “Neftçi”nin Sloveniyadakı təlim-məşq toplanışı iyulun 14-dək davam edəcək.

