“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, I Liqa təmsilçisi “Sabah”ın futbolçusu Seymur Məmmədovu heyətinə qatıb. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olmuş futbolçu son mövsümü icarə əsasında “Mingəçevir”də keçirib.

