Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Prosport.Az sport-express.ru saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Mahaçqala “Dinamo”sunun maraq dairəsinə düşüb.
Mövsüm başa çatar-çatmaz “Qarabağ”dan ayrılan Şeydayev hazırda sərbəst futbolçudur. Rusiya klubu forvardla danışıq aparır.
Futbolçu ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyun keçirib, 2 qol, 1 assistlə yadda qalıb.
Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev daha əvvəl həmin ölkədə “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun formasını geyinib. Futbolçu Türkiyə, Slovakiya və Tailandda da legioner həyatı yaşayıb. O, həmçinin “Sabah” və “Neftçi”də çıxış edib.

