Portuqaliya millisinin baş məşqçisi Roberto Martines hücumçu Kriştiano Ronaldonun DÇ-2026-da bütün oyunları əvəzlənmədən keçirməsinə münasibət bildirib.
Prosport.Az xəbər verir ki, "Goal"a danışan ispaniyalı mütəxəssis Lionel Messi və Erlinq Haalandla aparılan müqayisələri də doğru hesab etmədiyini deyib.
"Biz özümüzü digər komandaların futbolçuları ilə müqayisə etmirik. Bu, uşaqcasına olardı. Kriştiano lazımı vaxtda lazımı yerdə olmağa öyrəşib. Burada məsələ daha çox psixoloji dayanıqlılıq, mövqedəki daimi nizam-intizam və hücum sxemlərimizdə mütəmadi boşluqlar yaratmaqla bağlıdır."
Martines təcrübəli hücumçunun fiziki durumunun yüksək səviyyədə olduğunu da vurğulayıb.
"Bütün 90 dəqiqəni meydanda keçirmək Ronaldo üçün heç bir problem yaratmır."

