"Turan Tovuz"un 2026/2027-ci il mövsümünə hazırlıq proqramı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, klub iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.
Hazırlığın ilk mərhələsi iki həftə ərzində Türkiyənin Ankara şəhərinin Qızılcahamam bölgəsində keçiriləcək.
Komanda daha sonra təlim-məşq toplanışının ikinci mərhələsini Boluda davam etdirəcək.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində komandanı 4 yoxlama oyununda sınaqdan keçirəcək. Rəqiblərin adları və görüşlərin tarixləri barədə əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.

