Özbəkistan millisinin yarımmüdafiəçisi Abbosbek Fayzullayev komandasının DÇ-2026-dakı çıxışını dəyərləndirib.
Prosport.Az xəbər verir ki, "Başakşehir"in futbolçusu mundialda iştirak etməyin önəmli uğur olduğunu, lakin bunun onları qane etmədiyini bildirib.
"Bəli, dünya çempionatında oynadıq. Amma bu, yetərli deyildi. Qalib gəlmək istəyirəm. Bunu edə bilmədik. İndi çox yorğunam. Ümid edirəm ki, növbəti dünya çempionatına da vəsiqə qazanacağıq və orada qalib gələcəyik."
24 yaşlı yarımmüdafiəçi komandanın daha yaxşı çıxış edə biləcəyini də vurğulayıb.
"Xeyr, bu maksimum deyildi. Nəyə qadir olduğumuzu bilirəm. Yaxşı futbol oynaya bilərik. Burada bizdə bu çatışmırdı."
Qeyd edək ki, Özbəkistan millisi DÇ-2026-nın qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olaraq turnirlə vidalaşıb. Komandanın mundial tarixində ilk qolunu Abbosbek Fayzullayev, son qolunu isə Eldor Şomurodov vurub.

