DÇ-2026-da tarixdə ilk dəfə Afrika qitəsindən 5 milli komanda dünya çempionatının pley-off mərhələsinə yüksəlib.
Prosport.Az xəbər verir ki, 1/16 finalda qitəni aşağıdakı yığmalar təmsil edəcək:
Kabo-Verde
Konqo Demokratik Respublikası
Kot-d'İvuar
Misir
Cənubi Afrika Respublikası
Beləliklə, mundialda mübarizəyə başlayan 9 Afrika millisindən 5-i yoluna davam etməyi bacarıb.
Kabo-Verde isə dünya çempionatındakı debütündə birbaşa pley-offa yüksələrək tarix yazıb. Komanda 1/16 final mərhələsində son dünya çempionu Argentina ilə üz-üzə gələcək.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Turnir tarixində ilk dəfə mundialda 48 komanda iştirak edir.

