"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi "Torpedo" Gürcüstan Superkubokunda finala vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, Kutaisi təmsilçisi yarımfinalda "Dila Qori"ni 1:0 hesabı ilə məğlub edib.
Görüşün yeganə qolunu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub.
"Torpedo" iyulun 1-də keçiriləcək final qarşılaşmasında "İberiya 1999" ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Zirə" ilə "Torpedo" arasında UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü isə iyulun 16-da Kutaisidə keçiriləcək.

