Lionel Messi dünya çempionatları tarixində vurduğu qolların sayını artırıb.
Prosport.Az xəbər verir ki, Argentina millisinin 39 yaşlı kapitanı DÇ-2026-nın qrup mərhələsinin son turunda İordaniya üzərində 3:1 hesablı qələbədə cərimə zərbəsindən fərqlənərək mundiallarda 19-cu qolunu vurub.
Messi bununla dünya çempionatları tarixinin ən məhsuldar bombardiri kimi mövqeyini daha da möhkəmləndirib.
Qeyd edək ki, təcrübəli hücumçu DÇ-2026-da da əla performans sərgiləyir. O, keçirdiyi 3 oyunda 6 qol vuraraq turnirin bombardirlər siyahısına başçılıq edir.

