Futbol üzrə dünya çempionatında Xorvatiya Qana seçməsinə qalib gəlib.
Prosport.Az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən L qrupunun III tur matçı Avropa təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə tamamlanıb.
Xorvatiyada Petar Suçiç (31) və Nikola Vlaşiç (83) qol vuran futbolçular olublar. Afrikalıların heyətində isə Derik Lukasen (73) fərqlənib.
Bu qələbə sayəsində Xorvatiya qrupunu 6 xalla 2-ci sırada tamamlayıb. 4 xalı olan Qana isə 3-cü yerdə qərarlaşıb. Hər iki komanda adını pley-off yazdırıb.

