Futbol üzrə dünya çempionatında İngiltərə millisi Panamaya qalib gəlib.
Prosport.Az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III tur matçında avropalılar rəqibini 2:0 hesabı ilə üstələyib.
Qolları 62-ci dəqiqədə Cud Belinqem, 67-ci dəqiqədə Hari Keyn vurub.
Bu qələbə sayəsində Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv qrupu 7 xalla 1-ci sırada tamamlayıb və 1/16 finaa yüksəlib. Panama isə mundialı 0 xalda qalan və qol vurmayan yeganə komanda kimi başa vurub.
