Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" ikinci yoxlama görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistanın "Navbahor" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Navbahor"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə"nin yeganə qolunu Yeqor Boqomolski vurub.
Qeyd edək ki, paytaxt təmsilçisi hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ"a da 3:4 hesabı ilə məğlub olub. "Zirə" növbəti yoxlama oyununu iyulun 1-də keçirəcək.

