Türkiyənin "Fənərbağça" klubu Azərbaycana gələcək.
Prosport.Az xəbər verir ki, İstanbul nəhəngi "Turan Tovuz"la yoldaşlıq oyunu üçün ölkəmizə təşrif buyuracaq.
Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. Qarşılaşma Tovuz şəhər stadionunda keçiriləcək. Matçın vaxtı tezliklə açıqlanacaq.
Qeyd edək ki, ölkəmizi ilk dəfə avrpkuboklarda təmsil edən "Turan" 1994-cü ildə məhz "Fənərbağça" ilə qaşılaşmışdı.

