Fransa millisi DÇ-2026-nın qrup mərhələsini tarixi göstərici ilə başa vurub.
Prosport.Az xəbər verir ki, son turda Norveçi 4:1 hesabı ilə məğlub edən fransızlar qrup mərhələsində vurduqları qolların sayını 10-a çatdırıblar. Bu, komandanın 1958-ci ildən bəri dünya çempionatlarının qrup mərhələsində əldə etdiyi ən yüksək məhsuldarlıqdır. Həmin mundialda Fransa millisi 11 qol vurmuşdu.
Norveçlə oyunda Usman Dembele het-trik edərək qələbədə əsas pay sahibi olub. Digər qolu isə Dezire Due vurub.
Beləliklə, Fransa millisi qrup mərhələsini məğlubiyyətsiz başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Fransa yığması 68 ildən sonra dünya çempionatının qrup mərhələsində yenidən bu qədər məhsuldar çıxış etməyi bacarıb.

