"Qarabağ"ın Ukraynanın "Polesye" klubuna satdığı Leandro Andradenin keçidindən əldə etdiyi gəlir bəlli olub.
Prosport.Az xəbər verir ki, Jitomir təmsilçisi kabo-verdeli futbolçu üçün Azərbaycan klubuna 3 milyon avro təzminat ödəyib.
Premyer Liqa klubu 26 yaşlı vingerlə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.

