Əmir Qalenoi DÇ-2026-da komandasına qarşı ədalətsiz münasibət göstərildiyini iddia edib.
Prosport.Az "The Guardian"a istinadən xəbər verir ki, qrup mərhələsinin 3-cü turunda Misirlə 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında iranlı mütəxəssis futbolun siyasətdən kənar qalmalı olduğunu bildirib.
"Biz bunu indiki çempionatda görmürük".
Qalenoi ev sahibi ölkə kimi ABŞ hakimiyyətinin siyasətə meyilli yanaşmasından narazılığını ifadə edib. Onun sözlərinə görə, İran millisinə qarşı qərəzli münasibət sərgilənir.
"Bizdən oyunlara çox az qalmış gəlməyi və matç bitən kimi dərhal ABŞ-ı tərk etməyi tələb edirlər. FIFA amerikalıların bu yanaşmasına diqqət yetirməlidir. Ev sahibi ölkə bizə qarşı çox ədalətsiz davranır".

